“Readmissiya prosesi bütün dünyada dayandırılıb” - Xidmət rəisi

  20 May 2020    Oxunub : 3405
 “Readmissiya prosesi bütün dünyada dayandırılıb” - Xidmət rəisi
“Pandemiya ilə əlaqədar olaraq readmissiya məsələləri dünya üzrə dayandırılıb”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Xidmət rəisi məsələ ilə bağlı xarici tərəfdaş qurumların məlumatlandırıldığını bildirib: “Bu məqsədlə heç bir geri qaytarılma olmayıb. Ölkədə qaçqın statusu da dayandırılmışdı, artıq qəbul edirik. Xidmət pandemiya dövründə Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, fasiləsiz, gücləndirilmiş iş rejimində çalışıb. Bu gün “ASAN xidmət” fəaliyyətini bərpa etdiyinə görə miqrasiya xidmətləri üçün müraciət etmək istəyənlər ora gedə bilərlər. “ASAN xidmət” olmayan regionlarda regional miqrasiya idarələrinə gedə bilərlər, mobil tətbiqlə növbə götürmək olar. Region idarələrində qəbul həyata keçiririk, qəbul şöbəsi daxilində əhali sıxlığı azdırsa, bu müraciətlər qəbul edilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov