Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - RƏSMİ

  20 May 2020    Oxunub : 3159
 Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - RƏSMİ
Bu il ərzində Azərbaycana 551 872 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 44 faiz azalma müşahidə olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin yanvar və fevral aylarında ölkəyə gələn əcnəbilərin sayında 15 faiz artım qeydə alınıb.

“Koronavirus pandemiyası ilə əlaqədar ölkəyə gələn əcnəbilərin sayı azalıb. Hazırda Azərbaycanda 134 min 298 əcnəbi yaşayır. Həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran və digər ölkələrin vətəndaşlarıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov