Elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb

  20 May 2020    Oxunub : 3389
 Elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb
“Xüsusi karantin rejimi müddətində elektron xidmətlərdən istifadə edən əcnəbilərin sayı artıb”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin mart ayından mayın 15-dək DMX-nın müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron xidmətlərdən 6691 nəfər yararlanıb. Bu isə ötən ilin rəqəmləri ilə müqayisədə 24 dəfə çoxdur.

Aytən Zəhra
Azvision.az

Teqlər: Miqrasiya-Xidməti