Təlimlərdə PUA heyətləri tapşırıqları icra edirlər - VİDEO

   Təlimlərdə PUA heyətləri tapşırıqları icra edirlər -    VİDEO
  20 May 2020    Oxunub:3884
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər.



Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir. Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.






Azvision.az


Teqlər: MN   Təlim   PUA  





Xəbər lenti