“DMX-nin elektron xidmətləri kifayət qədər təkmildir” - Vüsal Hüseynov

  20 May 2020    Oxunub : 3151
 “DMX-nin elektron xidmətləri kifayət qədər təkmildir” - Vüsal Hüseynov
Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri kifayət qədər təkmildir və bu gün üçün problem yoxdur. Gələcəkdə xidmətlərə müraciətin elektron formada qalmasına çalışacağıq.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qurumun daxilində fəaliyyət elektronlaşdırılıb.

“Şəxsin sənədlərini fiziki olaraq gətirməsi vaxtını alır. Şəxs sənədlərini skan edib, elektron formaya salarsa, problem olmaz. Çalışacağıq ki, postpandemiya dövründə elektron xidmətlərdən istifadə yüksək olsun”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti