Tələbələrə daha bir güzəşt edildi

 Tələbələrə daha bir güzəşt edildi
  20 May 2020    Oxunub:5208
Əvvəlki qaydalara görə, tələbə hər fənn üzrə ayırılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, imtahanda iştirak edə bilmirdi. Mövcud vəziyyət nəzərə alınaraq, bu hədd aradan qaldırılıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, həddin artırılıb-azladılmasını təhsil müəsissəsi özü müəyyən edəcək.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti