Bəzi avtobusların hərəkət istiqamətləri dəyişdirildi

Bəzi avtobusların hərəkət istiqamətləri dəyişdirildi
  20 May 2020    Oxunub:4224
Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.
Azvision.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

İstiqamət:

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti