Qoşunlar start mövqelərinə çıxarılıb - FOTOLAR+VİDEO

Qoşunlar start mövqelərinə çıxarılıb -  FOTOLAR+VİDEO
  20 May 2020    Oxunub:5127
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi başa çatıb. İdarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, eləcə də raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.











Azvision.az


Teqlər: MN   Təlim   Qoşun  





Xəbər lenti