Mübariz Qurbanlı: “Dini ayinləri evdə etsinlər”

Mübariz Qurbanlı:  “Dini ayinləri evdə etsinlər”
  20 May 2020    Oxunub:6056
Koronavirus pandemiyası ilə əlaqədar bütün dini məbədlərdə ayinlər məhdudlaşdırılıb. Tövsiyə edilir ki, insanlar dini ayinləri evdə etsinlər.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının başlanması ilə bağlı fətvasında bu məsələ öz əksini tapıb.

“İnsanlar tövsiyələri yerinə yetirir. İnsanların toplu şəkildə bir yerdə olması virusun yayılmasına səbəb ola bilər".

Aytən Zəhra
Azvision.az




Teqlər: Komitə   Din  





Xəbər lenti