“Əbu Bəkr” məscidi açılacaq? - Rəsmi cavab

  “Əbu Bəkr” məscidi açılacaq? -   Rəsmi cavab
  20 May 2020    Oxunub:6091
“Əbu Bəkir” məscidində minarələrdən birinin uçma təhlükəsi var və insanların təhlükəsizliyi üçün məscidin fəaliyyəti mümkün deyil.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bununla bağlı məsciddə araşdırma aparılır: “Araşdırmalar yekunlaşmaq üzrədir, rəylərə baxılır. Minarənin uçma təhlükəsi nəzərə alınaraq ayinlər tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır. Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə vaxtilə fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb”.

M.Qurbanlı qeyd edib ki, məsciddə işlər əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məscid   Din   komitə  





Xəbər lenti