“Şayiə yayırlar ki, koronavirus yoxdur” - Mübariz Qurbanlı

  “Şayiə yayırlar ki, koronavirus yoxdur” -   Mübariz Qurbanlı
  20 May 2020    Oxunub:5255
Karantin qaydalarında yas və toy mərasimlərində kütləviliyin olmaması qeyd edilir. Bu qadağa yaxın adamların dəfnində iştirakını məhdudlaşdırmır.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırkı durumda yas mərasimlərinin keçirilməsi məqsədəuyğun hesab edilmir.

“Vətəndaşlar bilməlidir ki, virus dünyanın hər yerində var və heç yerə getməyib. Biz virusun mövcudluğunu qəbul etməliyik. Bəziləri şayiələr yayır ki, virus mövcud deyil. O qədər cəfəng fikirlərdir ki, onun üzərində enerji sərf etməyə dəyməz”

Aytən Zəhra
Azvision.az




Teqlər: Koronavirus  





Xəbər lenti