“Şayiə yayırlar ki, koronavirus yoxdur” - Mübariz Qurbanlı

  20 May 2020    Oxunub : 4121
 “Şayiə yayırlar ki, koronavirus yoxdur” - Mübariz Qurbanlı
Karantin qaydalarında yas və toy mərasimlərində kütləviliyin olmaması qeyd edilir. Bu qadağa yaxın adamların dəfnində iştirakını məhdudlaşdırmır.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırkı durumda yas mərasimlərinin keçirilməsi məqsədəuyğun hesab edilmir.

“Vətəndaşlar bilməlidir ki, virus dünyanın hər yerində var və heç yerə getməyib. Biz virusun mövcudluğunu qəbul etməliyik. Bəziləri şayiələr yayır ki, virus mövcud deyil. O qədər cəfəng fikirlərdir ki, onun üzərində enerji sərf etməyə dəyməz”

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus