Ölkədə koronavirusdan sağalanların sayı 2253-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 2253-ə çatdı
  20 May 2020    Oxunub:3123
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: Koronavirus   Azərbaycan  





Xəbər lenti