“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək

  “ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
  20 May 2020    Oxunub:4365
Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar 24-30 may tarixində “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, 31 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Azvision.az



Teqlər: ASANxidmət  





Xəbər lenti