Koronavirusa yoluxanların sayı 5 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 5 milyonu keçdi
  20 May 2020    Oxunub:3636
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 16 min 742 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 325 min 556 nəfərdir. İndiyədək 1 milyon 979 min 654 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti