Türkiyədə koronavirusdan ölənlərin sayı 4222-yə çatdı

   Türkiyədə koronavirusdan ölənlərin sayı 4222-yə çatdı
  21 May 2020    Oxunub:5294
Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 972 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4222, yoluxanlar isə 152 min 587 nəfərə çatıb. Türkiyədə indiyədək 113 min 987 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Statistika   Pandemiya  





Xəbər lenti