Azərbaycanda daha 5389 nəfər koronavirus testindən keçdi

  Azərbaycanda daha 5389 nəfər koronavirus testindən keçdi
  21 May 2020    Oxunub:5326
Azərbaycanda koronavirusla bağlı 20 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5389 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 245 min 609-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 62, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Azərbaycanda indiyədək 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti