Erməni polkovniklər qəzaya düşdü: Biri yanaraq öldü, 3-ü ağır yaralandı

Erməni polkovniklər qəzaya düşdü:  Biri yanaraq öldü, 3-ü ağır yaralandı
  21 May 2020    Oxunub:3966
Ötən gün Ermənistanda baş vermiş faciəvi qəzada ölən və ağır yaralanan şəxslər Vazqen Sarkisyan adına hərbi universitetinin zabitləridir.
Azvision.az xəbər verir ki, bu barədə Yerkir.am saytı məlumat yayıb.

Bildirilib ki, Eçmiədzin rayonunda qəzaya düşən "Mazda" markalı avtomobilin yanması nəticəsində bir nəfər ölüb, üçü xəsarət alıb. Daha sonra məlum olub ki, avtomobildə yanaraq ölən şəxs 57 yaşlı polkovnik-leytenant Hovik Kosakyandır.

O, Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına hərbi universitetində artilleriya fakültəsinin baş müəllimi, yaralılar isə həmin universitetin müəllimləri 58 yaşlı polkovnik- leytenant Aşot Şekikyan, 57 yaşlı ehtiyatda olan polkovnik Pavel Topçyan və 36 yaşlı Qevorq Harutyunyandır.

Yanmış avtomobildən Hovik Kosakyanın külə dönmüş meyiti aşkarlanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Qəza  





Xəbər lenti