Nazirliyə daxil olan şikayət araşdırıldı

  21 May 2020    Oxunub : 2357
Nazirliyə daxil olan şikayət araşdırıldı
Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. Aşan qovaq ağacı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat vermişdi.


Azvision.az

Teqlər: ETSN   Ağac