Milli Şurada daha bir istefa: “Hamıdan üzr istəyirəm”
Azvision.az xəbər verir ki, N.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, istefasına səbəb kimi Milli Şuranın qalmaqallı videolarının yayılmasını göstərib:
N.Səfərov bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək istefa qərarı verib.
Qeyd edək ki, bundan öncə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı təşkilatdan istefa verdiklərini açıqlayıblar.
Kənan Məmmədov
Azvision.az
Teqlər: İstefa