“Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram” - BƏƏ Prezidenti
"Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Azvision.az
Teqlər: BƏƏ Azərbaycan İlham-Əliyev