Bakı və Abşeronda 20 min hektar ərazi yaşıllaşdırılacaq

Bakı və Abşeronda 20 min hektar ərazi yaşıllaşdırılacaq
  21 May 2020    Oxunub:4413
2025-ci ildə Abşeron yarımadası və Bakıda yaşıllaşdırmanın 20 min hektara çatdırılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev “Yeni TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında 10,5 min hektar antropogen təsirlərə məruz qalmış, neftlə, məişət tullantıları ilə çirklənmiş sahə var.

“Növbəti 5 ildə bu ərazilərin təmizlənməsi və yaşıllaşdırmanın artırılması nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti