Meşələrə onlayn rejimdə nəzarət olunur

 Meşələrə onlayn rejimdə nəzarət olunur
  21 May 2020    Oxunub:4116
Azərbaycanda meşələrdəki yanğınların 98 faizi insan amili nəticəsində baş verir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev “Yeni TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu sahədə cərimələrin artırılmasına ehtiyac var.

“Yardımlı, Qəbələ və Oğuzda yanğın olmuşdu, amma kütləvi hal almamışdı. Meşələrin mühafizəsi üçün Zaqatala, Qax, Qəbələdə 14-ə yaxın kamera quraşdırılıb. Meşələr onlayn rejimdə izlənilir və yanğın olsa, tez zamanda reaksiya verilir. Meşələrin çəpərlənməsi mövcud vəziyyətin qorunması ilə əlaqədar idi, yəni heyvanların həmin landşafta ziyan vurmaması üçün edilirdi. Bununla bağlı Daxili İşlər Nazirliyi, Fövqəlada Hallar Nazirliyi ilə tədbirlər planı hazırlanmışdı”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti