Dənizdə itmiş aparat 2 saat sonra tapıldı - FOTOLAR

Dənizdə itmiş aparat 2 saat sonra tapıldı -  FOTOLAR
  21 May 2020    Oxunub:5048
2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yer­lə­şən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçi­riən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat külə­yin təsiri ilə açıq dənizə doğru səmtlənib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fizəsinə müraciət edib.



Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış təd­birlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təh­lükəsiz yerə gətirilib.





Azvision.az


Teqlər: BP   DSX  





Xəbər lenti