Bu il 724 əkiz, 21 üçəm doğulub

 Bu il 724 əkiz, 21 üçəm doğulub
  21 May 2020    Oxunub:3748
Cari ilin yanvar-mart aylarında ilkin məlumatlara əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 690 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.

2020-ci ilin birinci rübündə ölkədə 16008 ölüm halı qeydə alınıb. Bildirilib ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5 təşkil edib.

Azvision.az



Teqlər: DSK  





Xəbər lenti