"Azərbaycanla əlaqələri yüksək qiymətləndirirəm" - Miloş Zeman

   "Azərbaycanla əlaqələri yüksək qiymətləndirirəm" -    Miloş Zeman
  21 May 2020    Oxunub:3526
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək.

Zati-aliləri, Sizə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

Azvision.az



Teqlər: İlham-Əliyev   Çex  





Xəbər lenti