“Bizim kollektivdə yoluxma aşkarlanmayıb” - Muxtar Babayev

“Bizim kollektivdə yoluxma aşkarlanmayıb” -  Muxtar Babayev
  21 May 2020    Oxunub:4910
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları arasında koronavirusa yoluxma qeydə alınmayıb".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında nazir Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, nazirlik bu müddət ərzində Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq xüsusi rejimdə fəaliyyətini davam etdirir:

"Karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində çox minlik kollektivimizdə bu günədək virusa yoluxma halı qeydə alınmayıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Koronavirus  





Xəbər lenti