Çimərliklərdə monitorinqlər aparılır

   Çimərliklərdə monitorinqlər aparılır
  21 May 2020    Oxunub:5147
Bir sıra çimərliklərdə dəniz suyundan nümunələr götürülüb və analizlərə başlanılıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birlikdə laborator müayinələrə başlanılıb.

“İyunun 1-də böyük ehtimalla Abşeron yarımadasının çimərliklərindən götürülən su nümunələrinin analiz nəticələri açıqlanacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Çimərlik  





Xəbər lenti