Heyvanlar üzərində koronavirus testi aparılıb? - AÇIQLAMA

 Heyvanlar üzərində koronavirus testi aparılıb? -  AÇIQLAMA
  21 May 2020    Oxunub:3594
"Heyvanlar üzərində koronavirusla bağlı testlər aparılmayıb. Virusun insanlar arasında yayılmasında heyvanların iştirakı ciddi öyrənilməyib".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində COVID-19-un heyvanlardan keçməsi xəbərləri yayılsa da, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı ciddi araşdırması və üzv ölkərə tövsiyəsi yoxdur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Koronavirus  





Xəbər lenti