Sumqayıtdakı yanğına görə direktor cərimələndi

Sumqayıtdakı yanğına görə direktor cərimələndi
  21 May 2020    Oxunub:3723
"Sumqayıt məişət tullantıları poliqonunda yanğın olması vətəndaşların narazılığına səbəb oldu. Ətrafa kəskin iy-qoxu yayılır. Buna dərhal reaksiya verildi və məsələ araşdırıldı".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Sumqayıt Məişət Tullantıları" MMC-nin direktoru buna görə 4800 manat cərimələnib.

“Yanğının fəsadlarının aradan qaldırılması və ərazinin bərpa olunması üçün göstəriş verilib. Bir sıra yaşayış məntəqələrində məişət poliqonlarının olmaması ciddi fəsadlara səbəb olur. Məişət tullantılarının qalıqlanması və düzgün idarə olunmaması torpaq qatına ziyan vurur. Sumqayıtda yeni poliqoun tikilməsi aktualdır və gözlənilir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti