100 Azərbaycan vətəndaşı Varşavadan Bakıya gətirildi - FOTO

 100 Azərbaycan vətəndaşı Varşavadan Bakıya gətirildi -  FOTO
  22 May 2020    Oxunub:5530
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.


Azvision.az -ın məlumatına görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.
Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.







Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti