ABŞ “Açıq Səma Müqaviləsi”ndən çıxır

  21 May 2020    Oxunub : 3616
 ABŞ “Açıq Səma Müqaviləsi”ndən çıxır
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "Açıq Səma Müqaviləsi"ndən çıxacağını açıqlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp Rusiyanın razılaşmaya əməl etməməsi səbəbindən belə qərara gəldiyini bildirib:

"Rusiya razılaşmaya riayət etmədi. Onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var", - deyə Tramp qeyd edib.

Azvision.az

Teqlər: ABŞ   Tramp