Azərbaycanda koronavirusla bağlı son vəziyyət

  21 May 2020    Oxunub : 3451
 Azərbaycanda koronavirusla bağlı son vəziyyət
Azərbaycanda koronavirusla bağlı 21 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6887 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 252 min 496-ya çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 63, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.

Azərbaycanda indiyədək 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus