“REACT-C19 layihəsinin müsbət nəticəsini görəcəyik” - Soltan Məmmədov

   “REACT-C19 layihəsinin müsbət nəticəsini görəcəyik” -    Soltan Məmmədov
  22 May 2020    Oxunub:3046
"REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir".
Azvision.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov REACT-C19 layihəsinin ilkin nəticələri ilə bağlı tədbirdə deyib.

O bildirib ki, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir.

Fond rəsmisi qeyd edib ki, REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir.

“Qeyd edək ki, bir ay bundan əvvəl Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanıb. Bu günə qədər 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və müsbət nəticəsini görəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: SoltanMəmmədov  





Xəbər lenti