Koronavirus isti havada yoxa çıxacaq? - AÇIQLAMA

   Koronavirus isti havada yoxa çıxacaq? -    AÇIQLAMA
  22 May 2020    Oxunub:3126
"Virusu günəş altına qoysaq, çox yaşamayacaq. Lakin isti havada koronavirusun yoxa çıxacağı hələ bilinmir. Bunu gözləyib, müşahidə edəcəyik"

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.
Onun sözlərinə görə, mövsümi isti havalar virusu yox etməyə bilər: “Şimal yarımkürəsində yay aylarına doğru gedilir, havalar istiləşir. Bundan asılı olmayaraq, Azərbaycanda yoluxma halları artır. Rusiya koronavirusa yoluxma sayına görə artıq dünyanın 2-ci ölkəsi olmaq üzrədir. Buna görə də insanlar əl gigiyenasına, sosial məsafəyə diqqət etməli, maska taxmalıdırlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti