Meşədə parçalanmış meyiti tapılan oğlanın FOTOSU

   Meşədə parçalanmış meyiti tapılan oğlanın    FOTOSU
  22 May 2020    Oxunub:30137
Oğuz rayonunun Xaçmaz kəndi sakini 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlu ötən gün iftardan 30 dəqiqə əvvəl evdən çıxıb. O, bostanı suvarmaq üçün yaxınlıqdan keçən çayın kənarına gedib. Bundan sonra azyaşlıdan xəbər olmayıb.
Bu barədə Azvision.az -a meşədə parçalanmış halda meyit tapılan 12 yaşlı C.Məmmədlinin yaxınları bildiriblər.

Onların sözlərinə görə, dünən Cəbrayılı axtarsalar da, tapmaq mümkün olmayıb.

"Bu gün səhər saatlarında uşağın meyiti tapıldı. Bədəni tamamilə parçalanmış halda idi. Böyük ehtimalla uşağı ayı parçalayıb. Onun başı meşədə "Qoz bağı" deyilən ərazidə, bədənin qalan hissələri isə dağın ətəyində aşkar edilib".



Kənan Məmmədov
Azvision.az


Teqlər: Oğuz   Meşə  





Xəbər lenti