İndiyədək 421 nəfər ABAD-ın sıralarına qoşulub

  22 May 2020    Oxunub : 1049
 İndiyədək 421 nəfər ABAD-ın sıralarına qoşulub
2019-cu ildə 99 ABAD-çı qeydiyyatdan keçirilib. "ABAD" publik hüquqi şəxs fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 421 nəfər ABAD-ın sıralarına qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, ABAD-çılardan 18-i hüquqi, 403 nəfəri isə fiziki şəxsdir (o cümlədən 10 nəfəri məcburi köçkün, 11 nəfəri isə əlildir).

Onlardan 340 nəfəri dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində, 75 nəfəri qeyri-sənaye üsulu ilə hazırlanan qida sahəsi üzrə, 6 nəfəri isə xidmət sahəsi üzrə fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ABAD   ASAN-xidmət