İƏT-in Baş Katibindən Prezidentə təbrik

  22 May 2020    Oxunub : 1930
 İƏT-in Baş Katibindən Prezidentə təbrik
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.

Mən ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azvision.az

Teqlər: Baş-Katib   İƏT