Azərbaycanda 4 tibb işçisi koronavirusdan ölüb

 Azərbaycanda 4 tibb işçisi koronavirusdan ölüb
  22 May 2020    Oxunub:5624
"Azərbaycanda 681 tibb işçisi koronavirusa yoluxub".

Azvision.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bu, ümumi yoluxmanın 18 faizini təşkil edir: "İndiyədək 537 nəfər sağalıb. Əsasən orta tibb işçiləri virusa yoluxub".

TƏBİB sədri qeyd edib ki, bu günə kimi dörd tibb işçisi koronavirusdan ölüb.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti