Xüsusi karantin rejimi uzadılacaq? - AÇIQLAMA

   Xüsusi karantin rejimi uzadılacaq? -    AÇIQLAMA
  22 May 2020    Oxunub:3281
"İyunun 1-dən karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı epidemioloji vəziyyətdən asılı olaraq qərar veriləcək".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, aviareyslərin bərpası ilə bağlı xüsusi meyarlar nəzərə alınacaq: “Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq. Ola bilsin ki, iyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəliş bərpa olunsun. İlk növbədə Naxçıvana uçuşun açılması gözlənilir. İyun ayı ərzində kütləvi tədbirlərin bərpa olunması gözlənilmir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti