Ölkədə 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq

  22 May 2020    Oxunub : 2124
 Ölkədə 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq
Gələn aydan etibarən ölkədə serioliji testlər aparılacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, anticisimlərlə bağlı tədqiqatlar da aparılacaq: “Koronavirusdan sağalan şəxslərin nəticələrini sentyabr ayında analiz edəcəyik. Tədqiqatların müəyyən istiqamətləri təyin olunub”.

R.Bayramlı, həmçinin bildirib ki, hökumət 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verib.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB