Qaydaları pozan şirkət rəhbərləri cərimələnəcək

Qaydaları pozan şirkət rəhbərləri cərimələnəcək
  22 May 2020    Oxunub:2547
“Karantin rejiminin qaydalarına əməl etməyən ictimai iaşə və özəl şirkətlərin rəhbərlərinin cərimə olunması üçün danışıqlar gedir. Qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi gözlənilir. Odur ki, hüquqi və fiziki şəxslər üçün cərimələrin şahidi ola bilərik”.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“İctimai iaşə və özəl şirkətlərin qaydalara cidd əməl etmələrini tövsiyə edirik”, - TƏBİB sədri bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti