Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib
  22 May 2020    Oxunub:2754
Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında yaxın mədəni və tarixi əlaqələr mövcuddur ki, bu, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərir. Ümid edirəm ki, birgə səylərimiz çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş bir təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az


Teqlər: Hindistan   Prezident  





Xəbər lenti