Azərbaycanda daha 9 modul tipli xəstəxana açılacaq

Azərbaycanda daha 9 modul tipli xəstəxana açılacaq
  22 May 2020    Oxunub:2895
Bakıda açılmış ilk modul tipli xəstəxana iyunun 1-dən etibarən fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, növbəti həftələrdə daha 9 xəstəxananın açılması gözlənilir: "İlk açılacaq xəstəxana üçün heyət tam hazır vəziyyətdədir. Əməkdaşlarımız orada çalışırlar və xəstələrin həmin xəstəxanalarda müalicəsinə başlanılacaq".

Azvision.az


Teqlər: TƏBİB   Xəstəxana  





Xəbər lenti