TÜRKSOY-un Baş Katibindən təbrik məktubu

TÜRKSOY-un Baş Katibindən təbrik məktubu
  23 May 2020    Oxunub:2584
TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişafında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram”.

Azvision.az


Teqlər: Prezident   Təbrik   Məktub  





Xəbər lenti