Lənkəranda narkotacir saxlanıldı - FOTO

Lənkəranda narkotacir saxlanıldı -  FOTO
  23 May 2020    Oxunub:4108
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Mehman Əliyev saxlanılıb.



Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti