Vanetsyandan etiraf: “Ermənistan xaos içindədir”

 Vanetsyandan etiraf:  “Ermənistan xaos içindədir”
  23 May 2020    Oxunub:3458
Hazırkı mürəkkəb vəziyyət göstərir ki, hakimiyyət ölkəni idarə edə bilmir, Ermənistan xaos içindədir.
Azvision.az xəbər verir ki, bunu erməni KİV-nə müsahibəsində Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın sonuncu "koronavirusa qarşı mərkəzləşdirilmiş bir mübarizəyə başlayırıq" bəyanatı sadə mənada "İnsanlar, biz fiaskoya uğradıq, indi siz hər şeyə cavabdehlik daşıyırsınız”, deməkdir.

Vanetsyan əlavə edib ki, pandemiya lakmus kağızı oldu: “Epidemiya başladı və biz ölkədə peşəkarların, birliyin olmadığını, nifrət və bölücü xətlərin hökm sürdüyünü başa düşdük, bu, sadəcə qəbuledilməzdir.

Böhran əleyhinə hökumətə gəlincə, hesab edirəm ki, Ermənistanda peşəkar, vətənpərvər, ölkənin inkişafına töhfə verəcək çox sayda insan, siyasi qüvvələrin nümayəndələri var. İnanın ki, bu tələb yaxın gələcəkdə gündəmə gələcək və konkret hərəkətlər barədə danışacağıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti