Ağdamda çətənə əkənlər tutuldu - FOTO

Ağdamda çətənə əkənlər tutuldu -  FOTO
  23 May 2020    Oxunub:5456
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakinləri Umudvar Əsədov və Ramil Əliyev saxlanılıb.



U. Əsədovun yaşadığı ünvana baxış keçirilən zaman evindən 171 qrama yaxın qurudulmuş marixuana, 290 qrama yaxın çətənə toxumları, 5 ədəd tapança patronu, həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 172 ədəd çətənə kolu və R. Əliyevin də həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq edilmiş 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: DİN   Bərdə  





Xəbər lenti