Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb

   Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb
  23 May 2020    Oxunub:4367
Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a verilən məlumata görə, Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Azvision.az


Teqlər: Xəzər   Dəniz   Dalğa  





Xəbər lenti