Nazirlər Kabinetindən tibbi maskalarla bağlı yeni qərar

   Nazirlər Kabinetindən tibbi maskalarla bağlı yeni qərar
  24 May 2020    Oxunub:4604
Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.

Azvision.az


Teqlər: Mask   Nazirlər-Kabineti  





Xəbər lenti